Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.
Fanat.Az turnirin Təşkilat Komitəsinə istinadən xəbər verir ki, buna səbəb Ramazan ayı olub. Beləliklə, yarış 15 iyun-13 iyulda deyil, 21 iyun-19 iyul tarixlərində təşkil olunacaq.
Qərar bir neçə Şimali Afrika ölkəsinin Afrika Futbol Konfederasiyasına müraciətindən sonra verilib. nlar mayın 5-də başlyıb iyunun 3-dək davam edəcək Ramazan ayı zamanı oruc tutacaq futbolçuların bərpa olunması üçün belə bir addım atıblar.
Qeyd edək ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək. 2017-ci ildə yarışın yanvarda deyil, yayda təşkil olunmasına və iştirakçıların sayının 16-dan 24-ə artırılmasına dair qərar qəbul olunub.
Fanat.Az