"Qalatasaray" transferin son günlərində heyətinə hücumçu qatmaq üçün hərəkətə keçib.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu Mbaye Diagnenin transferi üçün "Kasımpaşa" ilə danışıqlara başlayıb.
Məlumata görə, "Qalatasaray" rəsmiləri "Kasımpaşa"nın prezidenti Turqay Cinerlə görüşüb və 9 milyon avro təklif edib. Bildirilir ki, klub prezidenti "sarı-qırmızılılar"dan 14 milyon avro tələb edib. Danışıqlar davam etdirilir.
Məsələ ilə bağlı "Kasımpaşa"nın prezident köməkçisi Hasan Hilmi Öksüz açıqlama verib. Anadolu Agentliyinə danışan klub rəsmisi "Görünən odu ki, təklif masaya yatırılıb və müzakirə olunub. Nəticənin nə olacağını bilmirəm. Gözləmək lazımdı. Diagneyə təklif gələ bilər. Amma bunun klub prezidenti tərəfindən qəbul edilib-edilməycəyini deyə bilmərəm. Mənim fikrimcə, bu transferin reallaşmaq ehtimalı yoxdu. Amma qərarları Turqay Ciner verir" deyib.
Qeyd edək ki, Diagne ötən ilin yanvarında Çinin "Tianjin TEDA" klubundan "Kasımpaşa"ya pulsuz transfer olunub. 27 yaşlı seneqallı forvard mövsümün ilk yarısında Super Liqada keçirdiyi 17 oyunda 20 qol vurub və bombardirlər yarışına başçılıq edir.
Fanat.Az