13:21 31.01.2019 1873

40 il əvvəl “Paxtakor”u məhv edən olay

Növbəti görüşləri Belarusiyada olacaqdı, Minskin "Dinamo” komandası ilə görüşəcəkdilər. Özbəkistan futbolçuları bu oyuna ciddi hazırlaşırdılar, Daşkəndin "Paxtakor” komandası bu matça qələbə iddiası ilə yollanırdı.

Oyundan bir neçə gün əvvəl "Paxtakor”un baş məşqçisi Oleq Bazileviç klubun üzvləri ilə matçı təhlil etmişdi, tövsiyələrini və göstərişlərini vermişdi. Üç gün əvvəldən isə özü Soçidə dincələn ailəsinin yanına yollanmışdı. Təbii ki, ilk baxışdan baş məşqçinin bu səfəri adi bir hal idi, minlərlə insan kimi, o da öz ailəsinə baş çəkmək üçün müəyyən bir məsafə qət edəcəkdi, oradan isə Minskə yola düşəcəkdi. Amma baş verəcək hadisə bütün planları dəyişəcəkdi, həm baş məşqçinin həyatını, həm də "Paxtakor” komandasının taleyini...

SSRİ tarixində ən ağır qəzalardan biri 1979-cu ilin avqustunda baş verib. Çelyabinsk-Kişinyov və Daşkənd-Minsk reysləri ilə uçuş edən Tu-134A təyyarələri Ukraynanın Dneprodzerjinsk şəhəri ərazisində 8400 metr hündürlükdə qəzaya uğrayıblar. Qəza nəticəsində hər iki təyyarədə olan 178 nəfər həlak olub. Onlardan 17-si "Paxtakor” futbol klubunun üzvləri, 14 nəfər futbolçu, ikinci məşqçi, inzibatçı və komandanın həkimi olub.



Qəza ilə bağlı araşdırmalar aparılarkən məlum olub ki, dispetçerlər Vladimir Sumskoy və Nikolay Jukovski təcrübəsizlikdən kobud səhvə yol veriblər və qəza bunun nəticəsində baş verib. Hadisə ictimaiyyətə də belə təqdim olunub. Məsələ rəsmiləşdirilərək "günahkarlar” cəzalandırılıb. Hər iki dispetçer 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Vladimir Sumskoyun cəzasını 6 il 5 aydan sonra nümunəvi davranışına görə şərti cəza ilə dəyişib həbsxanadan buraxıblar. Nikolay Jukovski isə həbsxana həyatına (bəlkə də haqsızlığa) dözməyib, türmədə intihar edib.

Təbii, ortaya belə bir sual da çıxır ki, dispetçerlər bu qədər kobud səhvə necə yol veriblər? Digər bir fakt da bu sual ətafında düşünməyə əsas verir. Çünki təyyarələrin uçuş vaxtı və baş verən qəza zamanı hava şəraiti də olduqca aydın və əlverişli olub.



Bəs buraxılan "səhv”ə səbəb nə olub?

Uzun illərdən sonra "aydın” olub ki, dispetçerlərə təyyarələrin idarə olunmasında mərkəzdən tapşırıq gəlib. Hər iki təyyarə 8400 metr hündürlükdə uçuş edəndə qarşılaşma trayektoriyasında dispetçer təyyarələrdən birinin 10000 metr hündürlüyə qalxmasına göstəriş verməli idi. Amma elə bu məqamda mərkəzdən bu göstərişin verilməsi qadağan olub. Çünki həmin hündürlükdəki trayektoriyada digər bir təyyarə, İL-62 uçuşda olub və konkret əmr verilib ki, İL-62-nin dəhlizi açıq olmalıdır. Versiyalara görə, həmin təyyarədə Ukraynanın rəhbəri (respublika KP MK-nını birinci katibi) Vladimir Şerbitski əvvəlcədən planlaşdırılmamış uçuş edirmiş.

Sözsüz ki, bu məsələlərin incəliklərinə heç kim getməyib və Kremldə bu məsələ sakitcə qapadılıb.

Təyyarə qəzasından sonra SSRİ Futbol Federasiyasının "Paxtakor” komandası ilə bağlı xüsusi qərarı olub. Beş il müddətində "Paxtakor” komandası fəxri çempion elan edilib.



Sonralar sözügedən Özbəkistan klubu SSRİ-nin müttəfiq respublikalarının futbolçuları hesabına yenidən formalaşıb.



Həlak olmuş futbolçuların xatirəsi təkcə Daşkənddə deyil, SSRİ-nin bir çox şəhərlərində əbədiləşdirilib.



Hazırda Özbəkistanda məşqçi İqday Tazetdinovun, inzibatçı Mansur Talibcanovun, futbolçular Mixail An, Vladimir Fyodorov, Alim Aşırov, Ravil Aqışev, Konstantin Bakanov, Yuri Zaqumenniy, Aleksandr Korçionov, Nikolay Kulikov, Vladimir Makarov, Sergey Pokatılov, Viktor Çurkin, Siroyiddin Bazarov, Şuhrat İşbutayev, Vladimir Sabirov, Vladimir Çumakovun adlarını daşıyan idman müəssisələri fəaliyyət göstərir.

An və Fyodorov SSRİ yığmasının üzvləri olduqları üçün ölkə miqyasında daha çox tanınır və sevilirdilər. 

Mənbə: Musavat.com
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X