"Qalatasaray” "transfer pəncərəsi”nin son günündə Mbaye Diane və Kostas Mitroğludan sonra daha bir transferi reallaşdırıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın "Standard” klubundan konqolu müdafiəçi Kristian Luyindamanı icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Qalatasaray” Luyindamanın yarım illik icarəsinə görə "Standard”a 3 milyon avro ödəyəcək. Futbolçunun özü isə bu müddətdə 600 min avro qazanacaq.
Qeyd edək ki, 25 yaşlı futbolçu ölkəsinin "Mazembe” klubunun yetirməsidi. O, 2017-ci ildən Belçika təmsilçisinin uğurları üçün çalışır. Kristian Konqo yığmasında da 4 oyun keçirib.
Fanat.Az