"Barselona"dan Neymarı 222 milyon avroya heyətinə qataraq transfer rekordu qıran PSJ daha iki səs-küylü transferə hazırlaşır.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, Paris klubunun prezidenti Nassir Əl-Xelafi "Barselona"dan İvan Rakitiç və "Real"dan Kərim Benzemanı transfer etmək üçün hərəkətə keçib.
İddiia olunur ki, klub rəhbəri iki futbolçunun alınması üçün 160 milyon avro büdcə ayırıb. PSJ-nin iki futbolçunu yayda heyətinə qatmaq üçün indidən danışıqlara başladığı bildirilir.
Fanat.Az