İngiltərə Premyer Liqasının XXV turu çərçivəsində "Mançester Yunayted" "Lester"in qonağı olub.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə 1:0 hesablı qələbəyə sevinib. Yeganə qola 9-cu dəqiqədə Markus Raşford imza atıb.
Bu qələbədən sonra "Mançester Yunayted" 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Lester" isə 32 xalla 11-ci yeri tutur.
Fanat.Az