İtaliya A Seriyasının XXII turunda "Roma" doğma meydanda "Milan"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 1:1. Meydan sahiblərindən Nikolo Zaniolo, qonaqlaran Kriştof Pyatek fərqlənib.
Bu nəticədən sonra "Milan" 36 xalla 4-cü, "Roma" 35 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.Az