"Everton"un baş məşqçisi Marko Silvanın klubdan ayrılacağı gündəmdədi.
Fanat.Az xəbər verir ki, bu haqda İngiltərə mətbuatı məlumat yayıb. Məlumata görə 25 oyunda 9 qələbə, 6 heç-heçə və 10 məğlubiyyətlə üzləşən Premyer Liqa təmsilçisinin rəhbərliyi Silva ilə yolları ayırmaq qərarına gəlib. Bu səbəbdən artıq yeni baş məşqçi axtarışlarına da start verilib.
"Everton" ötən həftə "Vulverhempton"a 1:3 hesabı ilə məğlub olmuşdu.
Fanat.Az