İngiltərənin VI divizionunda çıxış edən "Dalviç Hemlet" klubu dünyanın ən ucaboy futbolçusu ilə müqavilə imzalayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilislər danimarkalı qapıçı Simon Yorgenseni transfer edib.
26 yaşlı qolkiperin boyu 210 santimetrdi və dünyanın ən ucaboy oyunçusu sayılır.
Qeyd edək ki, Simon Yorgensen "Kopenhagen"in yetirməsi olsa da, əsas komandaya yüksələ bilməyib. 2010-2017-ci illərdə o, Danimarkanın müxtəlif klublarında çıxış edib və daha sonra İngiltərəyə yollanıb. O, əvvəlcə "Akkrinqton Stenli", daha sonra yarımhəvəskar "Uaythouk" komandalarının formasını geyinib.
Fanat.Az