İspaniya La Liqasının XXIII turunda Madrid derbisi baş tutub.
Fanat.Az xəbər verir ki, "Real" səfər matçında "Atletiko"ya 3:1 hesabı ilə qalib gəlib.
"Real"ın heyətində Kasemiro, Serxio Ramos (penalti) və Qaret Beyl fərqlənib. "Atletiko"nun qoluna isə Antoine Qrizmann imza atıb.
Qeyd edək ki, "Real" 23 turdan sonra 45 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu olan "Barselona"dan 5 xal geri qalır. "Atletiko" isə 44 xalla ikincidi.
Fanat.Az