Türkiyə Super Liqasının XXI -turu çərçivəsində "Beşiktaş" doğma meydanda "Bursaspor"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, bu görüşdə "Beşiktaş" 2:0 hesablı qələbə qazanıb. Hər iki qola Burak Yılmaz imza atıb.
Qeyd edək ki, "Beşiktaş" 21 turdan sonra 36 xalla üçüncü pillədə qərarlaşıb. "Bursaspor" isə 24 xalla 12-ci pilləni tutur.
Fanat.Az