21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Giresunspor"da baş məşqçi dəyişikliyi baş verib.
Fanat.Az xəbər verir ki, 1-ci liqa klubu Ümit Özatla yollarını ayırıb. Onun yerinə Kemal Kılıç təyin olunub. Yeni baş məşqçi debüt görüşünü sabah XXI tur çərçivəsində "Umraniyespor"a qarşı keçirəcək.
Qeyd edək ki, "Giresunspor" 20 turdan sonra 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az