İtaliya A Seriyasında bu gecə keçiriləcək "Milan" - "Kalyari" oyunundan əvvəl qonaq komanda maraqlı hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Sardinya adasında süd qiymətlərinə etiraz edən çobanlar aksiya keçirib. Çobanlar istehsal etdikləri məhsulları yollara tökərək bir neçə nöqtədə hərəkətin dayanmasına səbəb olublar.
Bir qrup etirazçı çoban "Kalyari"nin məşq bazasına gələrək burda klub rəsmiləri ilə görüşüb. Çobanlar futbolçuların onlara dəstək verərək "Milan" matçına çıxmaqdan imtina etməsini istəyib.
Onlar komanda avtobusunu hava linanına getməsinə mane olmağa çalışıb. "Kalyari"nin baş direktoru Mario Passettinin müdaxiləsindən sonra etirazçıları sakitləşdirmək mümkün olub.
"Kalyari" futbolçuları ilə çobanlar arasında xoş münasibəti isə komandanın kapitanı Nikola Barella qurub. Belə ki, kapitan və başqa bir neçə futbolçu onlara dəstək əlaməti olaraq çəlləklərdəki südləri yollara töküblər.
"Kalyari"nin avtobusu bundan sonra hava limanına yola düşüb.
Fanat.Az