"Yuventus" "Arsenal"dan Aaron Remzinin transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda London kulubu ilə müqaviləsi başa çatacaq uelsli futbolçu bundan sonra İaliyaya yollanacaq. Turin klubu onun üçün icarə haqqı ödəməyəcək. "Yuventus" Remzi ilə 4 illik müqavilə imzalayıb.
Məlumata görə, Remzi həftədə 514 min dollar və ya illik 23 milyon dollar maaş alacaq. Yəni futbolçu orta hesabla həftədə bir oyuna çıxsa, hər dəqiqəyə 5711 dollar qazanacaq.
Qeyd edək ki, Remzi "Arsenal"a 2008-ci ildə "Kardiff Siti"dən 4,6 milyon avroya transfer olunmuşdu. O, 11 ildə 259 oyuna çıxıb və 61 qol vurub.
Fanat.Az