Çemepionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted" - PSJ oyununda bir sıra ilklər yaşanıb.
Fanat.Az xəbər verir ki, "Old Trafford"da 0:2 hesabı ilə yenilən İngiltərə klubunun baş məşqçisi Ola Qunnar Sulşer komandada keçirdiyi 12-ci matçda iilk dəfə məğlub olub.
PSJ "Old Trafford"da keçirilən bir avrokubok matçında "Mançester Yunayted"i məğlub edən ilk Fransa klubu olub.
"Roma" - "Portu" matçında da ilk qeydə alınıb. Meydan sahiblərinin 19 yaşlı üzvü Nikolo Zaniolo Çempionlar Liqasında bir matçda iki qol vuran ilk italyan futbolçu kimi tarixə düşüb.
Fanat.Az