Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gecə "Ayaks"ın qonağı olacaq "Real" problemlə üzləşib.
Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun müdafiəçisi Rafael Varan qripə yoluxub. Dünənki məşqi buraxan fransalı futbolçunun bu gün oynayıb-oynamayacağı oyun saatında bilinəcək. Varan görüşü buraxmalı olsa, onun əvəzinə Naço Fernandes meydana çıxacaq.
Qeyd edək ki, "Ayaks” – "Real” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Fanat.Az