00:14 14.02.2019 2554

Bir Arda Turan tapmaq üçün 155 milyon avro xərclədi

La Liqanın son turunda "Real"a 1:3 hesabı ilə yenilən "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin təxminən 4 ildə həll edə bilmədiyi problem yenidən gündəmə gəlib.

2015-ci ildə Arda Turanı "Barselona"ya satan Madrid klubu onu lazımınca əvəzləyəcək futbolçunu hələ də tapa bilməyib. Türk futbolçunun oynadığı sol cinahla bağlı problem artıq 4 ildi davam edir.

2015-ci ildə Arda Turanı "Barselona"ya 34 milyon avroya satan Madrid klubu onun boşluğunu doldurmaq üçün bu günə qədər 155 milyon avro xərcləyib. 

"Monako"dan transfer edilən Tomas Lemarın qarşıdakı illər üçün bu problemi yoluna qoyacağı gözlənilirdi. Amma fransalı futbolçu etimadı doğrultmadı. Artıq İspaniya mediası ona xərclənən 70 milyon avronun havaya sovrulduğunu yazır. 23 yaşlı futbolçu cari mövsümün 30 matçından 24-də start heyətində yer alsa da, 1953 dəqiqə oynaya bilib. 

8 milyon avroya transfer edilib oynamadan əvvəlcə "Vulverhempton"a icarəyə verilən, sonra 14 milyon avroya transfer hüququ satılan Dioqo Jota şans belə verilməyib. 

Arda Turan "Barselona"ya transfer olunan zaman bu mövqe üçün "Monako"dan 17,2 milyon avroya alınan Yannik Karrasko ümidləri doğrultmamış və Çinə satılmışdı. "Benfika"dan 25 milyon avroya transfer olunan Nikolas Qaytan da eyni aqibəti yaşamışdı.

"Sevilya"dan alınan Vitolo üçün 36 milyon avro xərclənib. Bu futbolçu da etimadı doğrultmayıb və 41 oyunda cəmi 4 qol vura bilib. 

Qeyd edək ki, Arda Turan "Atletiko"da 178 oyunda 22 qol vurub və 33 məhsuldar ötürmə verib. "Barselona"ya transfer olunduqdan sonra isə karyerası geriləməyə başlayıb və hazırda "Başakşəhər"də çıxış edir. 

AS qəzeti yazır ki, Kokenin oyun zamanı mövqeyinə uyğun olaraq sol və ya sağ cinahda oynayan Arda Turan həmin vaxt Dieqo Simeoneli "Atletiko"nun uğurlarında açar rolunu oynayırdı. "Arda hücumun sürətinə nəzarət edən, istədikdə sürətləndirən, lazım olanda yavaşladan bir oyunçu idi. "Barselona"nın maraq dairəsinə düşməsinin də səbəbi bu idi" deyə qəzet yazır.

AS həmçinin qeyd edir ki, "Atletiko" Arda Turanın yerini doludura bilməsə də, azarkeşlər hələ də onu bağışlamayıb. Bunun səbəbi isə onu əzəli rəqibləri "Barselona"ya, özü də "Atletiko"nun transfer qadağası olduğu dövrdə getməsidi.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X