Dünyanın ən varlı futbolçusunun Kriştiano Ronaldo, Lionel Messi və ya Neymar olduğunu düşünə bilərsiniz. Amma əslində belə deyil. Dünyanın ən varlı futbolçusu 20 yaşlı Faiq Bolkiah hesab olunur.
İngiltərinin "Lester" klubunun gənclərdən ibarət komandasında çıxış edən Faiq hələ futboldan böyük pullar qazanmayıb, gələcəkdə qazanıb-qazanmayacağı da bəlli deyil. Onun dünyanın ən varlı futbolçusu hesab olunmasının səbəbi isə ailə sərvətidi.
Belə ki, Faiq Bolkiah Bruney sultanı Hassanal Bolkiahın qardaşı, şahzadə Cefri Bolkiahın oğludur. Və 20 yaşlı futbolçu 20 milyard dollar sərvətin varisidi.
Məlumata görə, Faiq Bolkiahın aylıq xərcləri 48 milyon dollardı. O, bu pulu avtomobillərə, saatlara, qızıl kəmərlərə və digər əyləncələrə sərf edir. Onun atasının 2300 lüks avtomobilinin olduğu deyilir.
Faiq Bolkiah ABŞ-da dünyaya gəlib. O, 2016-cı ildən Bruney millisinə çağırılır.
Fanat.Az