La Liqanın son turunda "Vanda Metropolitana" stadionunda "Atletiko"nu 3:1 hesabı ilə yenən "Real"ın ulduzu Qaret Beyli ağır cəza gözləyir.
Fanat.Az xəbər verir ki, qol vurduqdan sonra azarkeşlərə qeyri-etik jest edən uelsli futbolçu 4-12 oyunluq cəzalandırıla bilər.
La Liqa rəhbərliyi onun bu hərəkətini təxribat və təhqir kimi dəyərləndirib. Bunun cəzası isə 4-12 oyunluq diskvalifikasiyadı.
Qeyd edək ki, "Real" Beyli "Tottenhem"dən 101 milyon avroya alıb.
Fanat.Az