Azərbaycan çempionatının I divizionunda XV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Səbail-2" - "Sumqayıt-2" oyununda 10 qol vurulub. Qarşılaşma 5:5 hesabı ilə başa çatıb.
"Səbail-2"nin heyətində Xəzər Mahmudov dubl edib, Təyyar Məmmədov, Ədilxan Qarəhmədov və Ruslan Hacıyev hərəyə bir qol vurub. "Sumqayıt-2"ə isə İbrahim Əliyev dubl edib, Fərid Kərimzadə və Elvin Dəmirov bir dəfə fərqlənib. Daha bir qol isə avtoqol kimi qeydə alınıb. Famin Əliyev öz komandasını məyus edib.
MOİK doğma meydanında "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəlib. Qollara İlqar Ələkbərov, Ümid Şükürlü və Bahadur Həziyev imza atıb.
"Ağsu" isə evdə "Şüvəlan"a yenilib. Matçın yeganə qolunu Tural Qürbətov vurub.