Almaniya Bundesliqasının XXII turunun "Auqsburq" - "Bavariya" (2:3) oyunu İran telekanallarında yayımlanmayıb.
Fanat.Az "Frankfurter Allgemeine Zeitung"ə istinadən xəbər verir ki, buna səbəb qarşılaşmanı qadın hakim Bibiana Ştaynhausın idarə etməsi olub. Bu üzdən matçın yayımı ləğv olunub.
Belə ki, İranda qadını "şortik"də göstərmək qadağandı.
Qeyd edək ki, Bibiana Ştaynhaus Almaniyanın Bundesliqası tarixində ilk qadın hakimdi. O, 2017-ci ildən Bundesliqa matçlarını idarə edir.
Fanat.Az