17:47 18.02.2019 2458

Uşaq evindən milli komandaya: qız hara, futbol hara?! - VİDEO

2017-ci ildə rəqibin qapısından keçirdiyi 56 qol ilə Nahidə Məmmədova qızlar arasında futbol üzrə U-13 liqasının bombardiridir. 2004-cu il təvəllüdlü Nahidə və onun komanda yoldaşları Şəki şəhərinin Gənclik komandasındandır.

Şəkinin mühafizəkar əhalisi hesab edir ki, futbol hara, qız hara, futbol klubları və meydançaları kişilərin yeridir. Lakin Nahidə və digər yeniyetmə futbolçu qızlar bu stereotiplərə hər oyunda bir qol vururlar. 

Bu baxımdan şəkili qızlar istisna deyil; onların coşğusu Azərbaycanda qadın futboluna olan marağın artmasını əks etdirir.

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının məlumatına əsasən, ölkədə 16 yaşa qədər qızlardan ibarət 52 futbol klubu var. Onlardan 36-sı paytaxtdan kənarda qurulmuş klublardır.

Məşqçi Məmməd Dadaşov Şəkidə qızlardan ibarət komandaların rəhbəri və yaradıcısıdır. Klubların formalaşması və futbol meydançasının qızlara da açıq olduğu fikrinin möhkəmlənməsində onun rolu əvəzsizdir.

"Ümumiyyətlə, qadınlar da burda iştirak edirdi deyə, Şəki də bir az qəribə yerdir deyə, bir az qəribə baxdılar. Biz qadın futbolunu Şəkidə yaradanda əhali arasında bir az çaşqınlıq da yaranmışdı ki, qadın nədir, futbol nədir?! Belə qəribə baxırdılar”, - deyə qızlardan ibarət üç komandanın məşqçisi Dadaşov bildirir.

Qadın futbolu Şəkidə valideynlər üçün yad bir fenomen olduğuna görə, Məmməd Dadaşov öz nümunəsini ortaya qoymağa qərar verib. Şəhərin ilk qız futbol klubunu formalaşdırmaq üçün özünün və yaxın qohumlarının qızlarını cəlb edib.

"Onları yığıb formalaşdırdım ki, yəni komanda var. Sonralar valideynlər gəlirdilər ki, müəllim, mümkündürsə, mənim də qızımı qəbul edin komandaya. Çətinlik də olsa, sonradan asanlaşdı və biz bu minvalla Şəkinin futbol komandasını artıq yaratmış olduq”, Məmməd Dadaşov xatırlayır.

Klub üzərində işləyərkən Dadaşovun ağlına uşaq evindəki qızlar gəlir. Dərhal rəhbərliklə görüşür və qızlar arasında futbola maraq göstərənlərlə məşqlərə başlayır. Beləliklə də, o, Nahidə və futbola həvəsli digər 13 yeniyetməni kəşf edir. 

"Uşaqlıqdan istəyirdim ki, futbolçu olum, bura - uşaq evinə gəldikdən sonra Məmməd müəllim digər qızları məşqlərə aparmağa gəlmişdi, mən də onlarla getdim, onda hələ uşaq idim və özümdən böyük qızlar məşq edəndə mən də onların arasında topun arxasınca qaçırdım, böyüdükdən sonra isə mən də məşqlərə başladım”, - deyə 4 yaşından bəri Şəki şəhər Uşaq Evində məskunlaşan Nahidə futbola gəlməyini xatırlayır.

Bir müddət sonra Nahidə Bakıda oyun zamanı baş məşqçilərin diqqətini çəkir və 17 yaşlılardan ibarət milli komandada da oynamağa başlayır. 

Bir tərəfdən diqqətini dərslərinə cəmləşdirən Nahidə, həm də futbol bacarıqlarını daha da inkişaf etdirmək üçün çalışır. Dünya futbolunun tamaşaçılarından biri kimi sevdiyi bir neçə futbolçu ilə üz-üzə tanış olmaq arzusundadır – xüsusilə də Kristiano Ronaldo ilə.

Nahidə və digər yeniyetmələrlə sizi daha yaxından Nurlan Babazadə və Aytən Nəcəf tanış edəcək.
 
Mənbə: Chai-khana.org 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X