09:00 19.02.2019 1506

Pavarotti “La Skala”da izləyicilərin önündə isinmir - “Milan” və “Cənablar Masası” (II hissə)

Ev tapana qədər Milan ətrafındakı otellərdən birində qalırdım. Vircini (həyat yoldaşı) və Viktoriya (qızı) indilik yanımda deyildilər, çünki Vircini yanvarda dünyaya gəlməli olan ikinci uşağımız – bu səfər oğlan olacaqdı – Vircilə hamilə idi.

Qaldığım otelin alışdığımız saraylarla heç bir əlaqəsi yox idi. Otağım balaca və rütubətli idi. İdman ləvazimatları, qəzetlər və pal-paltarın arasında əsl subay həyatı yaşayırdım. Rəsmilər bazaya yaxınlığı baxımından buranın ən uyğun yer olduğunu düşünürdülər. Ancaq mən daha çox, güvənmədikləri oyunçuya görə əlavə xərcə düşmək istəmədiklərinə inanırdım. Düşüncələrim sonda şübhəyə çevrilmişdi. Özüm-özümdən soruşurdum: "Mənlə belə laqeyd rəftat etmək planları var idisə, transfer etməyin nə mənası var idi?” Görəsən, İtaliya mətbuatında yazıldığı kimi, "Marsel”ə 38 milyon frank qazandıran bu keçidin yeganə səbəbi Bernard Tapiyə ("Marsel”in prezidenti) yardım etmək idi? Berluskoni də təəccüblü açıqlamalar verirdi: "Bu transferə ehtiyacımız yox idi, sadəcə, keçid həmişə sirr olaraq qalacaq bir səbəbdən reallaşdı”.

Kapello isə, deyəsən, eyni fikirdə deyildi. Azından o mənə güvənirdi. Bazar günü "Napoli” ilə oynanılacaq matçda meydana çıxacaqdım.

"San Siro” stadionu "Milanello”dan təxminən 50 km. uzaqlıqda yerləşir. Ora azarkeşlərin müşayiəti ilə, avtobusla gedəcəkdik. Mən hələ də yuxuda idim. Kapello mənə şans vermişdi və bu şansı ən yaxşı formada dəyərləndirmək niyyətində idim. Yox, qorxudan söhbət gedə bilməz, çəkinmirdim, sadəcə, formanı ilk dəfə geyəcəyim üçün həyəcanlı idim. "Uğur qazana bilməyəcək”; "Əsas heyətə düşmək şansı yoxdu” ; "Berluskoninin tək məqsədi "Marsel”in büdcə kəsrini bağlamaq və Tapiyə kömək etməkdi” - Fransanı, "Marsel”i, ayrıldıqdan sonra haqqımda çıxan, məni incidən fikirləri düşünürdüm.

"Cənablar” da adımın əsas heyətdə olduğunu öyrənəndə bir az təəccüblənmişdilər. Məndən xoşlanmadıqları üçün yox, Papen sağ olsun, sayəsində mənə isinmişdilər, sadəcə, cəmi birhəftəlik məşq periodundan sonra "qurdların süfrəsi”ndə özümə yer tapmağım qəribə idi. Onların fikrinə görə, hər şeyin öz zamanı var. Nə olsun? Əsas Kapellodu, boss odu, onun könlü belə istəmişdi.

Soyunub-geyinmə otağındakı "8” nömrəli forma məni gözləyirdi. Niyə 8-i mənə verdiklərini bir neçə ay sonra anladım. Sən demə, hər şey Frank Raykard fetişi ilə əlaqədar imiş. Kapello məni hollandiyalının vəliəhdi kimi görürmüş. Hər oyundan əvvəl Fabio belimi, yəni sevimli 8 nömrəsini sevgi ilə oxşayırdı.



1993-cü ilin noyabrı, bazar günü, "Milan”ın əzəli rəqibi "İnter”lə paylaşdığı "San Siro” stadionuna daha öncə ayağım dəyməmişdi. 68 min azarkeş "Mi-lan! Mi-lan!” deyə bağıranda qulaqlarımın deşiləcəyini ağlımdan keçirməmişdim.

Burada komandalar azarkeşlərin önündə isinmə hərəkətlərini yerinə yetirmirlər. İçəridə bu məsələ üçün ayrılmış xüsusi yer var. Təbii ki, ilk günlərdə bunu öyrənənd çox təəccüblənmişdim. Sonra rəhbərlikdən biri səbəbini açıqladı: "Marsel, futbol bir nümayişdi – eynən opera kimi. Pavarotti "La Skala”da izləyicilərin önündə isinmir. Onda siz – futbolçular niyə azarkeşlərin önündə isinmə hərəkətlərini yerinə yetirəsiz ki? Oyunçular azarkeşlərdə özlərinə qarşı maraq oyatmalı və səhnəyə son anda çıxmalıdılar”.

Bunu eşidəndə daha da təəccübləndim. "Marsel”in soyunub-geyinmə otağından fərqli olaraq, burada təhqir, təhdid filan da yox idi. Berluskoni yuxarıda – öz lojasında "şou”nun başlamağını gözləyərdi. Tıxaca düşməmək üçün isə oyun bitməmişdən 5 dəqiqə öncə stadionu tərk edərdi.

Komanda yoldaşlarım mənə cəsarət vermək üçün cəhd etməzdilər. İtalyan futbolçular, xüsusilə də "Milan”dakılar belədilər. Çempion xarakterli oyunçu həmişə yaxşı oynamalıdı; İşin qarşılığında pul alırsan, özünü yazıq kimi göstərməyə, uduzanda üzülməyə, qalib gələndə isə aşırı sevinməyə lüzum yoxdu; Komandaya uyğunlaşmaq futbolçunun öhdəliyidi, bunun üçün komanda yoldaşlarından dəstək almağa ehtiyac yoxdu – onların düşüncələri bunlardan ibarət idi. 
Fabio Kapello son göstərişlərini verirdi. Bütün diqqətimlə onu dinləyərkən, bir tərəfdən də qırmızı-qara formanı geyinirdim. Mənə şans gətirsin deyə, ayaqqabılarımı həmişəki kimi, - "Nant”da oynadığım zamandan bəri belə edirəm – bağlamış, oyun günləri geydiyim tumanı geymiş və boynumdakı sepi öpmüşdüm.

Meydanlara qayıtmaq zamanı idi. Dəhliz, tunel, ot və nəhayət, azarkeşlər: "Mi-lan! Mi-lan!” Uğultunu eşidəndə həmişə yerimdə donub qaldım; bir neçə saniyə davam edən boşluğa düşdüm, özümün də bilmədiyi yerlərə səyahətə çıxdım. "Marsel”inki kimi, "Napoli”nin forması da mavi və bəyazın vəhdətindən ibarət idi. Bir anlıq İtaliyanın "Marsel”inin tərəfinə keçdim. Azarkeşlər yenidən bağırmağa başladılar: "Mi-lan! Mi-lan!” Başımı aşağı salanda formamın qırmızı-qara olduğunu gördüm. Bir neçə dəqiqə əvvəl huşsuz şəkildə geydiyim "8” nömrəli forma məni ilk baxışda qorxutdu. "Burada nə işim var?”, - deyə öz-özümə düşündüm.

Uğursuz müdaxilələrdən sonra özümə gəlməyim bir neçə dəqiqə çəkdi. Yekunda "Milan” 2:1 hesabı ilə qalib gəldi. Oyunumu qiymətləndirməli olsam, "orta” deyərdim. Ertəsi gün Berluskoni növbəti şübhəli açıqlamasını verdi: "Desayi yaxşıdı, ancaq Raykard ola bilməz”.

Karyeram ərzində ilk dəfə idi ki, öz normamın üzərinə çıxmalı idim: çalışacam, çox çalışacam. Bəlkə bir gün mənim də "Cənablar masa”sında öz boşqabım olacaq.



Marsel Desayi – "Kapitan”

Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X