İngiltərə Premyer Liqasının tarixində futbolçularına ən çox maaş verən klub müəyyənləşib.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, çempionat Premyer Liqa adlanmağa başladığı 1992/93 mövsümündən indiyədək futbolçularına ən çox maaş ödəyən klub "Çelsi" olub. London klubu indiyədək bu məqsədlə 3 milyard funt-sterlinqdən çox vəsait xərcləyib.
Bu məbləğin böyük hissəsi klubun sahibi Roman Abramoviç dönəminə düşür. Rusiyalı iş adamı "Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinqə satın alıb. O, indiyədək futbolçulara təxminən 2,76 milyard funt-sterlinq maaş ödəyib.
Ən çox maaş ödəyən ikinci klub "Mançester Yunayted” olub. "Qırmızı-şeytanlar" indiyədək futbolçularına 2,6 milyard funt-sterlinqə yaxın əmək haqqı verib.
Fanat.Az