Braziliyada amansızlıqla qətlə yetirilən futbolçu Daniel Korrea Freytas kəsilmiş orqanları tapılıb.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun bibisi Recina Korrea məlumat verib.
Recina Korrea bildirib ki, Danielin kəsilmiş orqanları cinayətdənn bir müddət sonra bir qutunun içində evlərinə göndərilib: "Cinayətdən 20 gün sonra Danielin bədənindən kəsilən parçalar tibbi ekspertizadan bizə bir qutunun içində göndərildi. Bu həyatımın ən ağır və pis günü idi".
Qeyd edək ki, 24 yaşlı "San Paulo"nun futbolçusu Braziliyanın Parana ştatında qətlə yetirilmişdi. Gənc futbolçunun cəsədi yol kənarından tapılmışdı. Cəsədin baş hissəsinin böyük hissi, həmçinin cinsiyyət orqanı kəsilmişdi.
Parana polisi hadisədən bir neçə gün sonra qətllə bağlı Edison Brittes və həyat yoldaşı Kristiana Brittesi saxlamışdı. Edisson Brittes Danieli həyat yoldaşına təcavüz etdiyi üçün öldürdüyünü etiraf etmişdi.
Fanat.Az