I divizionun XVI turunda lider MOİK səfərdə "Zirə-2" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, PFL-in rəsmi saytı ilə canlı yayımlanan oyunda 6 qol vurulub və "hərbçilər" 4:2 hesablı qələbə qazanıb.
MOİK 16 turdan sonra 38 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə-2" isə 9 xalla sonuncudu.
Zirə-2 - MOİK 2:4
Qollar: Müşfiq İlyasov, 47. Qara Mehrəlizadə, 65 - Raul Yaqubzadə, 50; 51; 63-pen. Orxan Həsənov, 89