Çərşənbə axşamı Mursiya toplanışını başa vuran U-19 vətənə qayıdıb.
İspaniya və Şotlandiyaya 0:2 hesabıyla uduzan təmsilçimiz yerli "Ranero” klubunun uyğun yaş üzrə komandasını 6:1 hesabıyla yenib.
Fanat.Az-ın məlumatına görə, millinin qalib gəldiyi görüşdə 4 top vuran Musa Qurbanlı Zaqreb "Dinamo”sunun skautlarının diqqətini çəkib. "Qarabağ”ın əvəzedici komandası ilə məşq edən Musanın oyununu bəyənən Xorvatiya klubunun təmsilçilərinin yaxın günlərdə millinin forvardıyla bağlı konkret addımlar atacağı gözlənilir.
"Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun oğlu "Futbol+” qəzetinə verdiyi müsahibədə bu məqama belə toxunub: "Tam məlumatım yoxdu. Xeyirlisi nədisə, o olsun”.
Fanat.Az