Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubunda çıxış edən Bafetimbi Qomis top daşıyan uşağın qormasına səbəb olub.
Fanat.Az xəbər verir ki, "Əl-Hilal" səfərdə "Əl-İttişad"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. İlk qola imza atan Qomisin "Aslan pəncəli" qo sevinci meydanın kənarında oturmuş uşağın qorxmasına səbəb olub.
Fransalı futbolçu oyundan sonra formasını hədiyyə edərək uşağın könlünü alıb.
Fanat.Az