Ağır xəstəliyə düçar olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının gürcü əsilli futbolçusu Nino Qurqenidzenin Almaniyada əməliyyat xərcini Gürcüstan millisi və Moskva "Spartak"ın yarımmüdafiəçisi ödəyib.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Hazırda icarə əsasında "Krılya Sovetov"da çıxış edən Ananidze həmyerlisinin müalicə xərclərini öz üzərinə götürüb və tələb olunan məbləği onun üçün açılmış hesaba köçürüb.
Qeyd edək ki, N.Qurqenidze 2016-cı ildən aşağı yaş qrupları üzrə yığmalarımıza dəvət alır.
Fanat.Az