PSJ-nin prezidenti Nassir Əl-Xelaifi Neymar və Kilian Mbappe barədə yazılı açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, klub rəhbəri hər iki futbolçunun komandada qalacağını bildirib: "Onlar 100 faiz Parisdə qalacaqlar. Bir çox insan oyunçularımızı satmalı olduğumuzu düşünsə də, doğru deyil. Neymar və Mbappe bizimlə qalmağa davam edəcək.
Bahalı transferlərlə "Maliyyə Fair-Playı" qaydalarını pozan PSJ-nin Neymar və Mbappedən birini satacağı deyilir. Lakin klub rəhbəri bunu təkzib edib və gələcəklə bağlı danışıb: "Oyunçu alıb-satmağı biz də istəyirik. Bunu edərkən, "Maliyyə Fair-Playı" qaydalarına da əməl edəcəyik. Bu məsələdə özümüzə inanırıq, lazım olan transferləri etmək imkanlarımız da var".
Fanat.Az