İspaniya La Liqasının XXV turunun mərkəzi görüşü "Sevilya" və "Barselona" arasında keçirilib.
Fanat.Az xəbər verir ki, "Roman Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahibləri oyun ərzində 2 dəfə önə keçsələr də, "Barselona" Lionel Messinin "het-trik"i və məhsuldar ötürməsi sayəsində üstünlüyü öz xeyrinə dəyişib.
Bu qələbə sayəsində "Barselona" xallarını 57-yə çatdıraraq, liderliyini davam etdirib. Ehtiyatda bir oyunu olan "Real" 47 xalla 2-ci pillədədi. "Sevilya" isə 37 xalla 5-cidi.
Sevilya - Barselona 2:4
Qollar: Xesus Navas, 22. Qabriel Merkado, 42 - Lionel Messi, 26; 67; 85. Luis Suares, 90+3
Fanat.Az