Türkiyənin "Göztəpə" klubu baş məşqçisi Kamal Özdeşlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi bu barədə Super Liqanın XXIII turunda evdə "Trabzonspor"a 1:3 hesablı məğlubiyyətdən sonra qərar qəbul edib.
Ötən ilin 10 dekabrında "Göztəpə"nin baş məşqçisi təyin edilən Kamal Özdeş komandanı meydana çıxardığı 12 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub.
İzmir təmsilçisinin Rza Çalımbayla danışıqlar apardığı deyilir.
Fanat.Az