Son günlər "Barselona"dan ayrılaraq PSJ-yə keçəcəyi deyilən İvan Rakitiç səssizliyini pozub.
Fanat.Az xəbər verir ki, xorvat futbolçu iddiaları təkzib edib.
"Barselona" ilə 3 illik müqaviləm var. Burda qalmaq istəyirəm. Mənimlə maraqlanan klublara təşəkkür edirəm. Böyük klublar məni istəyirsə, mənimlə maraqlanırsa, bu böyük qürur hissidi. Ancaq özümü sadəcə "Barselona"da görürəm" deyə Rakitiç bildirib.
Qeyd edək ki, Rakitiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya 18 milyon avroya transfer olunub. 30 yaşlı yarımmüdafiəçi bu mövsüm 30 rəsmi oyuna çıxaraq 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Onu da qeyd edək ki, Rakitiçin çıxış etdiyi Xorvatiya millisi "AVRO-2020"nin seçmə mərhələsində yığmamızın rəqiblərindəndi. Komandalar martın 21-də Bakıda, oktyabrın 13-də Zaqrebdə qarşılaşacaq.
Fanat.Az