Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.
Fanat.Az xəbər verir ki, XXIII tur çərçivəsində "Beşiktaş" "Fənərbaxça"nı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Artıq komandaların start heyətləri açıqlanıb:
Beşiktaş: Loris Karius, Gökhan Gönül, Domaqoy Vida, Nikolas İsimat-Mirin, Adriano, Dorukhan Toköz, Atiba, Jeremain Lens, Şinji Kaqava, Güven Yalçın, Burak Yılmaz.
Fənərbaxça: Volkan Demirel, Maurisio İsla, Martin Skrtel, Sadık Çiftpınar, Hasan Ali Kaldırım, Mehmet Topal, Nabil Dirar, Tolqay Arslan, Miha Zayç, Viktor Moses, Roberto Soldado.
Fanat.Az