Türkiyənin 1-ci liqa təmsilçisi ölkə kubokunun 1/4 final mərhələsində "Trabzonspor"u mübarizədən kənarlaşdırıb. Səfər oyununda 0:0 hesablı heç-heçəyə nail olan komanda doğma meydanda qələbə qazanaraq yarımfinala çıxıb - 3:1.
Fanat.Az xəbər verir ki, 1-ci liqa təmsilçisinin baş məşqçisi Ahmet Taşyürek oyundan sonra göz yaşlarını saxlaya bilməyərək ağlayıb.
Jurnalistlərə açıqlama verən mütəxəssis belə deyib: "Fasilədə uşaqlara "Siz oynayın, istədiyimiz nəticəni qazanacağıq" söylədim. Yusuf Yazıcının oyundan çıxması da işimizə yaradı. Karyeram ərzində 5 dəfə "pley-off"da uduzmuşam. Bunun ikisi final olub. Çox şey itirmişəm. Baxıram, bu mövsüm gözəl şeylər yaşayıram".
Fanat.Az