"Barselona"nın futbolçusu İvan Rakitiçə daha bir klubdan təklif var.
Fanat.Az xəbər verir ki, "İnter" və PSJ-nin transfer etmək istədiyi xorvat futbolçu "Mançester Yunayted"in də hədəfindədi. İngiltərə klubu artıq transferi reallaşdırmaq üçün hərəkətə keçib.
"Barselona" Rakitiçi 2014-cü ildə "Sevilya"dan 18 milyona alıb. Hazırda "Transfermarkt" onu 65 milyon avro qiymət qoyub.
Futbolçunun özünün də "Barselona"dan getmək istədiyi deyilir.
Onu da qeyd edək ki, Rakitiçin çıxış etdiyi Xorvatiya millisi "AVRO-2020"nin seçmə mərhələsində yığmamızın rəqiblərindəndi. Komandalar martın 21-də Bakıda, oktyabrın 13-də Zaqrebdə qarşılaşacaq.
Fanat.Az