"Atletiko"nun müdafiəçisi Luka Ernandes növbəti mövsümdən etibarən karyerasını "Bavariya"da davam etdirəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, artıq tərəflər arasında artıq razılaşma əldə olunub və keçid yayda rəsmiləşəcək.
"Bavariya" Ernandesin transferi ilə bağlı problemləri Covanni Brankini vasitəsilə həll edib. Sözügedən futbol agenti daha öncə alman klubunun hücumçu Luka Toni və məşqçi Pep Quardiola ilə müqavilə imzalamasına yardımçı olmuşdu.
"Bavariya" həmçinin "Leyptsiq”dən Timo Vernerin transferini də razılaşdırıb. Hücumççunun keçidi yay fasiləsində reallaşacaq.
Qeyd edək ki, "Bavariya” cari mövsümün sonunda Frank Riberi və Aryen Robbenlə vidalaşacaq.
Fanat.Az