İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real”ı 3:0 hesabıyla yenərək (ilk görüş 1:1 hesabıyla bitmişdi) mübarizədən kənarlaşdıran "Barselona”nın fanatları rəqib tərəfdarları qıcıqlandırıb.
Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, kataloniyalılar qələbənin ardından birağızdan "Hanı Ronaldo” sualıyla "Real” fanatlarına sataşıb. Madridlilərin qol vura bilməməsini qabardan "Barsa” azarkeşlərinin sualına "Real”lılar uzun sürən fit sədaları ilə cavab verib.
Fanat.Az