10:40 01.03.2019 1720

“Bu il hamını əzəcəyik” - Səssiz İnyesta, Kroyf və Quardiolanın kuboklara doymayan “Barsa”sı

"Andres "zaman" və "zona" anlayışlarının ustasıdı" - Pep Quardiola (İnyestanın məşqçisi və kumiri)

2008-ci il, yayın sonları. "Barselona" çempionatın ilk matçında Soriyada zəif "Numansiya"ya məğlub oldu - 0:1. Baş məşqçilik macərasına uğursuz başlayan Pep Quardiola ikinci oyununda da 3 xal qazana bilmədi. Bu səfər katalonlar doğma meydanda "Rasinq"lə 1:1 hesablı bərabərliyə razılaşdı. Artıq iki həftə idi ki, Quardiola "Barselona"nın başında idi, ancaq komandanın aktivində qələbə yox idi.

Təzyiqlər çoxalır, tənqidlərin dozası gündən-günə artırdı. Ancaq Quardiola planından imtina etmək fikrində deyildi. İspaniya dördüncü divizionunda - Terserada oynayan və o dönəmdə, demək olar ki, heç kim tərəfindən tanınmayan Serxio Buskets və Pedro Rodriqes komandaya cəlb olunmuşdu. Əlbəttə ki, şübhələr var idi.

Mediada baş məşqçini müdafiə edən bir nəfər var idi. Amma bu şəxs təkbaşına yüz nəfərə bərabər biri idi: Yohan Kroyf. Onun avtoriteti çevrilişin qarşısını almağa yetsə də, fəlakət xəbərlərinin ardı-arası kəsilmirdi. Kroyf "El Periodico de Catalunya"dakı həftəlik köşəsində yazırdı: "Bu "Barselona" çox yaxşı görünür. Sizin hansı matçları izlədiyinizi bilmirəm, ancaq mənim izlədiyim oyun uzun müddətdi "Kamp Nou"da şahidi olduqlarıma heç bənzəmirdi".



Katalon klubunun ən böyük ideoloqu, "Barselona"nın fəlsəfə kralı Kroyf Quardiolanın çalışdırdığı "Barselona B" komandasını izləmiş və çox təsirlənmişdi. İndi isə axına qarşı gedib, Pepi təkbaşına müdafiə edirdi:

"Rəqəmlərlə danışmalı olsaq, haqlısız, bu, son illərdəki ən pis mövsüm başlanğıcıdı. Komanda sadəcə 1 qol vurub - o da penalti nəticəsində. Ancaq futbol baxımından yanaşsaq, baş verənləri fərqli şəkildə "oxumalıyıq". Və bunu edən ilk adam Quardioladı. Naşı və bilgi problemi olan birindən bəhs etmirik. Üstəlik, oynatdığı futbol "intihar"a meylli deyil. O, izləyir, görür, analiz edir və qərarlar qəbul edir".

Quardiolanın özü də qərarlarına görə əzab çəkirdi. "Kamp Nou"nun zirzəmisində yerləşən və heç gün işığı qəbul etməyən ofisinə qapanmış, baş verənlərin üzərindən təkrar-təkrar keçir, videoları irəli-geri verib, yenidən izləyir, qeydlərini bir də gözdən keçirir və nəyi dəyişdirməli olduğu barədə düşünürdü. Ancaq əmin olduğu bir şey var idi: öz fikrini və Kroyfun fikrini sonuna qədər mühafizə etməli idi. Nə qədər çətin olsa da, sonuna qədər mübarizə aparamaq qərarına gəlmişdi. Və dəstək heç kimin gözləmədiyi birindən gəldi.

Quardiola baş verənləri götür-qoy edirdi, birdən qapı döyüldü:

- İçəri gir.
- Salam. Narahat olmayın, "mister". Biz düz yoldayıq. Elə bu formada da davam edin, olar? Əla oynayırıq, üstəlik, məşqlərdən də zövq alırıq. Xahiş edirəm, heç bir şeyi dəyişdirməyin.

Cılız biri qapıdan içəri boylanıb sakit səslə danışırdı. Gələn Andres İnyesta idi. Quardiola gözlərinə inana bilmirdi.

Quardiola belə bir şey gözləmədiyindən, güc-bəla cavab verə bildi. Kiminsə bunları demək üçün onu gəlib ofisində tapması sürpriz idi. Ancaq bunu edən adamın sakitliyi ilə nam salan İnyesta olması daha da böyük sürpriz idi. Andresin son sözləri Quardiolanı daha da şoka saldı: "¡Vamos de puta madre!"
"De puta madre" ifadəsini bu kontekstdə aşağı-yuxarı belə tərcümə etmək olardı: "Biz bu lənətə gəlmiş oyunu çox yaxşı oynayırıq".

"Bu il hamını əzəcəyik", - deyə İnyesta əlavə etdi. Ardınca qapını bağladı və oradan uzaqlaşdı.

Andres belə biridi. Çox danışmağı sevməz, sadəcə, həqiqətən də danışmaq lazım gələndə bunu edərdi - eynilə qol vurmaq kimi. Çox qol vurmazdı, ancaq ona ehtiyac olanda ortaya çıxardı.



Quardiola təzyiq altında olduğu o dönəmdə Kroyfun onu müdafiə etməsini, Andresin anidən ortaya çıxmasını heç vaxt unutmayacaq. Onlar haqlı idilər. 2008-09 mövsümünün sonunda "Barselona" kolleksiyasına 6 kubok əlavə etdi. Yəni komanda mümkün olan hər şeyi qazanmışdı...

Hazırladı: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

Facebookdan bizi izləməyi unutmayın.
X