İngiltərə Premyer Liqasında XIX tura start verilib.
Fanat.Az xəbər verir ki, turun açılış oyununda "Tottenhem" "Arsenal"ı qəbul edib. London derbisi 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 16-cı dəqiqədə "Arsenal"dan Aaron Remzi açıb. 74-cü dəqiqədə Harri Keyn penaltidən bərabərliyi təmin edib. 90+1-ci dəqiqədə qonaqlardan Pyer-Emeriqk Aubameyanq penaltidən yararlana bilməyib. Matçın son saniyələrində isə "Arsenal"dan Lukas Torreyra qırmızı vərəqə alıb.
Qeyd edək ki, 29 turdan sonra "Tottenhem" 61 xalla turnir cədvəlinin 3-cü, "Arsenal" 57 xalla 4-cü pilləsində qərarlaşıb.
Fanat.Az