Madrid "Real”ının müdafiəçisi Serxio Regilon İspaniya La Liqasının 26-cı turunda – "Barselona”ya evdə 0:1 hesabıyla uduzduqları rəqib komandanın 2 ulduzuyla insident yaşayıb.
Fanat.Az xəbər verir ki, Regilonun Luis Suares və Lionel Messini "sancması” "El Partizado de Vamos” proqramında geniş şəkildə müzakirə olunub.
Madrid klubunun yetirməsi mübarizələrin birində Suaresə "toxunma mənə, eybəcər” deyibsə, başqa oyun epizodunda uruqvaylı forvardı dovşan adlandırıb.
Serxio "Barsa”nın argentinalı superulduzu Messiyə isə cərimə meydançası yaxınlığında "sənə nə olub, birə? Özünü niyə itirmisən, başına hava gəlib?” suallarını eşitdirib.
Fanat.Az