İngiltərənin "Filde" klubunun müsahibi Andrev Barnbruk iş yerinin 250 min funt-sterlinqini oğurlayıb.
Fanat.Az xəbər verir ki, o bu addımı porno ulduz Viktoriya Sinllaira görə atıb. Belə ki, Andrev Barnbruk bəyəndiyi porno ulduzun erotik şoularını izləmək və ona bahalı hədiyyələr alaraq münasibət qurmaq üçün klubundan oğurluq edib.
O, Viktoriya ilə canlı video bağlantıların hər dəqiqəsi üçün 3,99 funt-sterlinq ödəyib. Daha sonra onunla görüşərək bahalı hədiyyələr verib.
İşin üstü açılandan sonra mühasib günahını etiraf edib. Klub onu məhkməyə verib.
"Filde"nin prezidenti David Haytorntayt olayla bağlı bunları deyib: "Dünya səviyyəsində 300-dən artıq layihə əyata keçirmişəm. İnsanlara bəzi məsələlərdə həmişə etibar etmişəm. Amma belə vəziyyətlə heç vaxt qarşılaşmamışam. Bu olay cənab Barnbrookun çətinlik çəkmədən çox pul qazanmasına imkan verən sistemlərimizdəki qüssurları üzə çıxardı. Bu bizim oynamağımız üçün bir siqnal oldu. Təəssüf ki, bu pulu həmin qadından geri almaq üçün heç bir qanunu yolumuz yoxdu".
Fanat.Az