Vaqif Cavadovun karyerasındakı nəzərəçarpan enişin əsas səbəbi bəlli olub.
Fanat.Az-a futbolçuya yaxın mənbədən verilən məlumata görə, yaxın keçmişdə ölkənin ən istedadlı oyunçularından biri sayılan Vaqif həyat tərzinin və rejimsizliyin güdazına gedib. Bundan başqa, sabiq milli üzvünün qumara qurşandığı və böyük məbləğdə pul uduzduğu haqda redaksiyaya daxil olan informasiyanı da dəqiqləşdirməyə çalışdıq.
Bir neçə mənbədən oxşar cavablar aldıq. Bəziləri Tərlan Əhmədovun "Keşlə”dən göndərdiyi oyunçunun "poker”də müflis olduğunu bildirdisə, digərləri futbol matçlarına pul qoyuluşu etməyə hədsiz maraq göstərdiyini dedi.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Fanat.Az