"Kral Kuboku"nda və La Liqada "Barselona"ya, Çempionlar Liqasında "Ayaks"a uduzan "Real" ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Hollandiya klubu ilə oyunda zədələnən Viniçius Juniorun 2 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçu 35-ci dəqiqədə zədələnərək meydanı tərk etmişdi. Onun sağ ayağında yırtıq aşkarlanıb və müalicəsinə start verilib.
Qeyd edək ki, ötən yay "Flamenqo"dan 61 milyon avroya alınan Viniçius "Real"da keçirdiyi 33 oyunda 7 qol vurub və 13 məhsuldar ötürmə edib.
Fanat.Az