Çempionlar Liqasında "Ayaks"a yenilən "Real"da baş məşqçi dəyişikliyi gündəmdədi.
Mövsümün gedişində komandanın başına keçən Santyaqo Solarinin tezliklə yola salınacağı və yeni mütəxəssisin gətiriləcəyi gözlənilir.
Fanat.Az xəbər verir ki, goal.com saytı 13 mütəxəssisdən ibarət namizədlər siyahısı hazırlayıb. Həmin siyahını təqdim edirik:
Joze Mourinyo
Massimiliano Allegri
Maurisio Poçettinonu
Antoino Konte
Raul Qonzales
Fernando Herro
Quti Hernandes
Zinəddin Zidan
Arsen Venger
Yoahim Löv
Klaudio Ranyeri
Mikel Arteta
Klarense Zedorf
Fanat.Az