Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Portu"ya qalib gəlib (2:1) cavab görüşündə uduzaraq (1:3, əlavə vaxtda) mübarizəni dayandıran "Roma"nın baş məşqçisi Eusebio Di Françesko istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə klub prezidenti Ceyms Pallottarəsmi açıqlama yayıb:
"Xidmətlərinə görə Eusebioya minnətdarlığımı bildirmək istəyərdim. Di Françesko həmişə işinə peşəkar yanaşıb. O, klubun maraqlarını şəxsi maraqlarından üstün tutub. Eusebio Di Françeskoya gələcək karyerasında uğurlar arzu edirik".
Qeyd edək ki, Di Françesko 2017-ci ilin yayından etibarən "Roma"nı çalışdırırdı.
Fanat.Az