Çempionlar Liqasının 1/8 finalında "Ayaks"a yenilərək mübarizəni dayandıran "Real"da vəziyyət gərginləşir.
Fanat.Az xəbər verir ki, Hollandiya klubu ilə oyundan sonra komandanın kapitanı Serxio Ramos və prezident Florentino Peres arasında dava düşüb.
"Marka" və AS kimi qəzetlərin yazdığına görə, oyundan sonra Florentino Peres komandanın paltardəyişmə otağına daxil olaraq, futbolçulara ağır sözlər deyib. Bu zaman kapitan Serxio Ramos komanda yoldaşlarını müdafiə edərək "Bunun tək günahkarı biz deyilik. Yayda forvard alacağıq dedin, amma almadın" deyib.
Bu zaman Florentino Peres Ramosu komandadan qovmaqla hədələyib. Amma futbolçunun cavabı daha sərt olub: "Müqaviləmin qadan müddətindəki maaşımı verin, bu dəqiqə gedirəm".
Başqanla futbolçunun olduqca yüksək səslə mübahisə etdiyi, bir-birini hədələdiyi deyilir.
Fanat.Az