Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin qalibi "Ayaks"ın hücumçusu Duşan Tadiç olub. O, 1/8 finalın "Real"la cavab oyununda (4:1) 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Serb forvard səsvermədə "Tottenhem"in qapıçısı Uqo Loris, "Mançester Yunayted"in hücumçusu Romelu Lukaku və "Portu"nun hücumçusu Mussa Marequnu qabaqlayıb.
Fanat.Az