PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda qalib gəldiyi (2:0) "Mançester Yunayted"ə uduzaraq (1:3) mübarizəni dayandırdığı cavab oyunundan sonra ara qarışıb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir i, zədə səbəbindən hər iki matçdan kənarda qalan Neymar qarşılaşmadan sonra özündən çıxıb. Paltardəyişmə otaqlarının olduğu tunelə yollanan braziliyalı futbolçu hakimlər otağına hücum edib. Lakin komandanın texniki heyət işçiləri onun otağa daxil olmasının qarşısını alıb.
Bundan başqa "Mançester Yunayted" üzvlərinin paltardəyişmə otağının qarşısındakı sevinc göstərişləri də gərginliyə səbəb olub və olaya təhlükəsizlik xidməti müdaxilə edib.
Fanat.Az