Ronaldo qolları sıraladı, sevgilisi göz yaşı tökdü - FOTO/VİDEO
"Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko”nu qəbul edib və 3:0 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb.
Fanat.Az xəbər verir ki, hər 3 qola Kriştiano Ronaldo imza atıb. Portuqaliyalı ulduzun vurduğu 3-cü qoldan sonra sevgilisi Corcina Rodrigez göz yaşlarını saxlaya bilməyib.
Corcinanın gözlərinin dolması həm matçı yayımlayan operatorların, həm də fotoqrafların gözündən yayınmayıb.
Rodrigez qarşılaşmadan sonra isə hisslərini belə ifadə edib: "Futbol daim səninlədi. Sən güclüsən, komanda yoldaşlarının, baş məşqçinin fəxrisən. Bu qələbəni, vurduğun qolları daim haqq edirsən. Uşaqların və mən səninlə fəxr edirik”.